Deyə bilərəm ki, ilin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bildi. Bu il Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir.
Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
İyulun 30-da район иъра щакимиййятинin akt zalında Азярбайъан Президенти ъянаб Илщам Ялийевин сядрлийи иля Назирляр Кабинетинин 2018-ъи илин биринъи йарысынын сосиал-игтисади инкишафынын йекунларына щяср олунмуш иъласы иля баьлы, щямин дюврдя Masallı районунда эюрцлмцш ишляр барядя эениш iclası кечирилмишдир.
Мцшавирядя щцгуг мцщафизя органларынын, идаря, мцяссися вя тяшкилатларын рящбярляри, шящяр, гясябя вя кянд инзибати ярази нцмайяндяляри, бялядиййя сядрляри иштирак етмишляр.
Hesabat yığıncağında məruzə edən Masallı RİH başçısı cənab Rafil Hüseynov qeyd etmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 8 iyul 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, bu ilin göstəriciləri onu deyir ki, əvvəlki illərdə arapdığımız islahatlar və bu il aparılan islahatlar gözəl nəticələr verir. “Mən bəzi rəqəmləri Azərbaycan ictimaiyyətinəçatdırmaq istərdim. Beləliklə, altı ayərzindəümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri–neft sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir. Kənd təəssüratı 7,6 faiz artmışdır. Xüsusiləbitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik 14 faizdən çox artmışdır. 67 min yeni iş yeri yaradılmışdır. Onlardan 58 mini daimi iş yeridir. Ölkəiqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuşdur. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artmışdır. İnflyasiyanın aşağısəviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir”.
RİH başçısı bildirmişdir ki, respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2018-ci ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
Şəhərin mərkəzindən keçən Viləşçayının ətrafında Park-Bulvar kompleksindəçay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır.
Ümumi uzunluğu 24,7 km olan Eminli-Qarğalıq-Səmidxan-Seybətin, Şatroba-Hişkədərə-Miyankü kəndləri istiqamətində yolların asfaltlaşdırılması başa çatdırılmışdır.
Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulması işlərinə start verilmişdir.
Masallıda Sənaye məhəlləsinin yaradılmasıüçün Azərbaycan Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixli Sərəncamından sonra layihəüzrənəzərdə tutulmuş bina və qurğuların tikintisi yekunlaşmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə yeni təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaqdır.
Məruzəçi göstərmişdir ki, rüb ərzində adambaşına düşən pul gəlirləri 1842 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 301.1manat olmuşdur.
Kolatandakı Sığaçola massivində 100 hektar sahədə “Azərsun-Holdinq” tərəfindən çay əkini tam başa çatdırılmışdır.
Rayonumuz üçün ənənəvi sahələrdən olan çəltikçilik və tütünçülüyün inkişafına da əhali arasında maraq xeyli yüksəlmişdir. Belə ki, 2017-ci ildə rayon üzrə 195 hektar çəltik sahəsindən 588 ton məhsul yığlmış, orta məhsuldarlıq 30 sentner təşkil etmişdir. Cari ildəçəltik əkinləri 301 hektara çatdırılmışdır. 2018-ci ildə rayon ərazisində 35 hektar sahədə tütün əkilmişdir. Baramaçılığın inkişafı ilə bağlı bütün yaşayışməntəqələrindəəvvəllər mövcud olmuş tut bağlarının qeydiyyatı aparılmış vəümumilikdə 8 ərazi üzrə 23,2 hektar sahədə 4080 ədəd tut ağacının olduğu müəyyən edilmişdir.
2017-ci ildə rayonumuza 20 qutu tut ipəkqurdu gətirilərək 12 təsərrüfata paylanmış, 20 qutu tut ipəkqurdundan 469,6 kiloqram yaş barama alınaraq Şəki İpək Kombinatına təhvil verildiyi halda, 2018-ci ildəbaramaçılığın yeni inkişaf mərhələsinə qədəm qoyaraq 78 qutu ipəkqurdu gətirilərək 33 təsərrüfata paylanmış, 78 qutudan 3406.9 kiloqram yaş barama Şəkiyə göndərilmişdir.
Dövlət Sosial Müdafiə Fondununrayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 7136,90 min manata qarşı 7775,30 min manat və ya 108,9 faiz, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 863,40 min manata qarşı 946.70 min manat vəya 109,6 faiz yerinə yetirilmişdir. Şöbədə hazırda 26 min 531 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində 173 nəfərəəmək pensiyası təyin olunmuşdur.
Masallı Elektrik Şəbəkəsi tərəfindən 110/35/10 kv-luq yarımstansiyalarda təmir bərpa işləri aparılmışdır.
Boradigah qəsəbəsində 1114 ədəd 0.4 kv-luq dəmir dayaqlar basdırılmış, 14120 metr SİP kabel çəkilməklə, 296 ədəd elektrik sayğacıhəyətlərdən çöləçıxarılmış, həmçinin 114 ədəd “Smart” tipli sayğac quraşdırılmışdır.
Təklə, Sığıncaq, Mollahəsənli,Xoşçobanlı, Ləngan kəndlərində tam yenidən qurma işləri başa çatdırılmışdır.
Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da 30 yeni məktəbin, həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların bağçalara cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.
Cari ilin altı ayıərzində Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəblərin və Göyəçöl tam orta məktəbinin tikintisinə başlanılmışdır. Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə dətədbirlər görülmüş, Məmmədoba və Miyankü həkim məntəqələri tikilərək istifadəyə verilmişdir. Hazırda Lürən həkim məntəqəsinin tikintisi davam etdirilir.
2018-ci ilin altı ayında rayonda 1054 nəfər uşaq doğulmuş, uşaq ölümü 1,4 promil (3 nəfər), evdə doğuş 1,4 promil (3 nəfər) olmuşdur.
Rüb ərzində 23230 uşaq müayinə edilmişdir ki, bunlardan 2110 uşaqda müxtəlif xəstəliklər aşkarlanmış və onlar dispanser qeydiyyatına alınmışdır. 171 nəfər uşaq daha ixtisaslı müayinə və müalicədən ötrü Bakışəhərinə göndərilmişdir.
İlin birinci yarım ilində nikaha girmiş 200 cütlüyün müayinəsi zamanı 7 nəfərdə talassemiya daşıyıcısı aşkar edilmişdir.
Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daim diqqət mərkəzində saxlanılmalıdır.
Natiq demişdir ki, 2018-ci ilin altı ayıərzində rayon İcra hakimiyyətinə 953 müraciət daxil olmuşdur ki, onlardan 481 rayon icra hakimiyyətinə, 472 isə yuxarı təşkilatlara ünvanlanmışdır. Müraciətlərin 752-si ərizə, 186-sışikayət, 15-i təklif olmuşdur.
Bu dövr ərzində keçirilən qəbullar zamanıümumilikdə 689 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 444 nəfəri rayon İcra hakimiyyətində, 178 nəfəri səyyar, 67 nəfəri virtual qəbullarda olmuşdur.
Qarşıda duran vəzifələrdən danışan məruzəçi qeyd etmişdir ki, rayonda qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi ilin sonuna qədər rayon ərazisinin 97 faizinin qazla təmin edilməsi həyata keçiriləcəkdir.
Elektrik xətt təsərrüfatının yenilənməsinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması istiqamətində tədbirlər görülməsi planlaşdırılır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonda sahibkarlığın inkişafına dəstək vermək, onlara kömək göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, respublikamızın, o cümlədən Masallı rayonunun inkişafınaminəüzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.
Hesabat yığıncağında çıxış edən Masallı rayon Kənd Təsərrüfatıİdarəsinin müdiri Seymur Nuriyev, Masallı RİHB aparatının Memarlıq və tikintişöbəsinin müdiri Abbas Mikayılov, RİHB-nın Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumriyyə Cəfərova, “Viləşçay” Su Anbarıİstismarıİdarəsinin müdir müavini İsa Nuriyev və başqaları 2018-ci ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişlər.
Şura iclasında müzakirə edilən məsələ iləəlaqədar qərar qəbul olundu.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Hüseynov yekunlaşdırmışdır.
Əlihüseyn Şükürov

