Əlaqə Arxiv
news Image
2018.08.06
15:25
| A A A
Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Movqe.az-ın məlumatına görə, hadisə Xəzər rayonu ərazisində baş verib.

Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşayan, 1969-cu il təvəllüdlü Şükürov Yolçu Bayram oğlu idarə etdiyi "Mercedes GL-550" markalı 99 HS 630 dövlət nömrə nişanlı avtomobillə Xəzər rayonu, Zuğulba prospekti ilə Buzovna qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçmək istəyən 1968-ci il təvəllüdlü, Sabirabad rayonunun Qalaqayın kənd sakini Fərzəliyeva Leyla Nəsir qızını vurub.

 

Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz