Azərbaycan Güləş Federasiyasının (AGF) Mətbuat xidmətinin rəhbəri, jurnalistlərin yaxın dostu Mayis Musayev idman sahəsindən uzaqlaşıb.
Movqe.az xəbər verir ki, o, artıq Azərbaycan Güləş Federasiyasının (AGF) Mətbuat xidmətinin rəhbəri vəzifəsindən istefa verib. M.Musayev bu gündən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin İnformasiya və ictimaiyyətlə bölməsinin rəhbəri təyin edilib.
Movqe.az xəbər verir ki, bu məlumatı M.Musayevin özü də Milli.Az-a təsdiqləyib: "Bu gündən fəaliyyətimi tam fərqli sahədə davam etdirəcəyəm və dövlətimimizə yeni vəzifədə xidmət edəcəyəm. Çalışacam bundan sonra da işimi yüksək səviyyədə yerinə yetirim, jurnalistlərin ən yaxın dostu olum".
Qeyd edək ki, bu ilin iyunun 8-də yaradılan Dövlət Aqrar Ticarət Şirkəti şirkətin məqsədi fermerlərə metodiki tövsiyyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və digər nəşrlərin buraxılmasından ibarətdir.
"Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədovadır.