Əlaqə Arxiv
news Image
2018.08.07
12:23
| A A A
Tovuzda 2 nəfər minaya düşüb

Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.

Movqe.az-ın report-a istinadən məlumatına görə, hadisə Azərbaycan-Ermənistan cəbhə xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq verilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Sizin Reklam Yeriniz