Paytaxtda bu qədər adamı ilan sancıb
Yay mövsümü başlayandan indiyədək Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ilan sancması ilə bağlı 27 müraciət daxil olub.
Stansiyadan Movqe.az-a verilən xəbərə görə, bütün xəstələr ilk tibbi yardımdan sonra hospitalizasiya ediliblər.
Eyni zamanda günvurma hallarının sayı 102 nəfər olub ki, onların da 65 nəfəri hospitalizasiya edilib. Suda boğulma ilə bağlı müraciətlərin sayı 59, hospitalizasiya 18 olunub.
Zülfiyyə QULUYEVA