Əlaqə Arxiv
news Image
2012.04.30
21:08
| A A A
Azərbaycanda televizorların istehsalı 1,9 dəfə artıb

Movqe.az xəbər verir ki, bu ilin birinci rübündə kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 63,2 milyon manat olub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompyuter və digər elektron avadanlıqların istehsalı 37 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 4,9 dəfə artıb.

Yanvar-mart ayları ərzində 24 ədəd güc transformatorları (65,7% az), 885 ədəd məişət soyuducuları istehsal edilib (25% çox), televizorların istehsalı 1,9 dəfə artıb (6030 ədəd).


Tural QABİLOĞLU

Sizin Reklam Yeriniz