Bakıda Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında hadisə yaşanıb.
Movqe.az Azxeber.com-a istinadən xəbər verir ki, orta yaşlı vətəndaş yarıçılpaq halda binanın qəbul şöbəsinin yerləşdiyi korpusuna çıxıb və oradan özünü aşağı atacağını bildirib. Hadisə yerinə FHN-in xilasedicilərin və çoxlu sayda polis əməkdaşları cəlb edilib.
Qəbul otağında olan və daha sonra binanın sonuncu mərtəbəsinə çıxan şəxsin probleminin həlli ilə bağlı intihara cəhd etdiyi iddia olunur.
***
Hadisə ilə bağlı Qaçqınkomun Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki hazırda həmin şəxs xilas edilib: “Ona tibbi yardım göstərilir. Hansı səbəbdən bu addımı atdığı hələ ki, bizə məlum deyil. Bu haqda məlumat verəcəyik”.
***
BakuPost xəbər verir ki, məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib.
Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb. Hazırda Rövşən Rzayevin qəbulundadırlar.
Komitənin mətbuat xidmətindən BakuPost-a bildirilib ki, şikayətçinin probleminin həllinə çalışılır: "Onların evlərinin sökülməsi mart ayında baş verib. Qonşularının dediklərinə görə həmin ərazini "Yusifoğlu MMC" alıb. Yəni, əslində, problem komitə ilə bağlı deyil, həmin tikinti şirkəti ilə bağlıdır. Buna baxmayaraq, məsələni sədrimiz Rövşən Rzayev diqqətə götürüb. Vətəndaşımızın probleminin həlli üçün müvafiq addımlar atılacaq”.