Xırdalanda ikimərtəbəli ev yanıb
Xırdalanda ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evdə yanğın olub.
Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi və ev əşyaları 10 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.