Əlaqə Arxiv
news Image
2018.08.28
16:54
| A A A
Kişilər arasında mini- futbol üzrə Masallı rayon birinciliyinə yekun vuruldu
Masallıda rayonun futbolunun inkişafında əməyi olan mərhum Məmmədov Rafiz Mirzəxan oğlunun xatirəsinə həsr olunur

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbə Mərkəzi futbol meydançasında 11 komandanın iştrakı ilə rayon futbolunun inkişafında əməyi olan mərhum Rafiz Mirzəxan oğlu Məmmədovun xatirəsinə həsr olunmuş kişilər arasında mini- futbol üzrə Masallı rayon birinciliyinə yekun vuruldu.
Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 11 komanda qələbə uğrunda mübarizə aparıb.
Birinciliyin yekun nəticələrinə əsasən Ərkivan qəsəbəsinin “Ərkivan V” komandası birinci , Çaxırlı kəndinin komandası ikinci yeri tutub.
Yarışın mükafatlandırma mərasimində tədbiri giriş sözü ilə kənd ziyalısı Məmmədağa Sadıqov açaraq tədbir iştrakçılarını və qonaqları salamlamış və bu yarışın keçirilməsində əməyi olan bütün insanlara öz dərin minnətdarlığını bildirmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək Ölkədə aparılan idman siyasətindən və cənab Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Tədbirdə veteran idmançı Həbib Mehtiyev çıxış edərək idmançıları təbrik etmiş onlara gələcək işlərində uğurlar aruzulamışdır. Sonra ölkəmizdə, o cümlədən rayonumuzda idmanın inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb
Daha sonar tədbirdə mərhum idmançı Rafiz Məmmədovun sinif yoldaşı və dostu Etibar Cabbarov çıxış edərək mərhum idmançı Rafiz Məmmədovun keçimiş həyt yolundan söz açaraq bildirmişdir ki, Rafiz Məmmədov ömrünü rayonda futbolun inkişafına həsr etmiş bir insan olmuşdur.
Sonda Tədbirdə mərhum idmançı Rafiz Məmmədovun qardaşı Mehman Məmmədov çıxış edərək bu yarışın keçirilməsində Rayon Gənclər və İdman İdarəsinə öz dərin minnətdarlığını bildirdi.
 Sonda Qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və kubok , sponsorlar tərəfindən isə pul mükafatı ilə mükafatlandırılmışdır.
 

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz