Mingəçevir su anbarında və Kür çayında batan şəxslərin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub
Mingəçevir su anbarında (nəzarətsiz ərazi) avqustun 29-da batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun və Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları davam edir.
Bu barədə Move.az-a FHN-dən məlumat verilib.
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin "BE-200 ÇS" amfibiya təyyarəsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Əlavə məlumat veriləcək.