Yevlax sakinindən silah-sursat götürülüb
Yevlaxda keçmiş məhkumdan silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Raqif Qafurovdan “AKSU” markalı silah, 16 ədəd patron və 1 ədəd patron darağı götürülüb.