Əlaqə Arxiv
news Image
2018.10.01
16:00
| A A A
Bakıda dəhşətli qəza: qatar sərnişin dolu avtobusu vurdu - 1 ÖLÜ, 20 YARALI VAR - YENİLƏNİB - FOTO - VİDEO

15:37

Xəzər rayonu Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların biri dünyasını dəyişib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, 1 nəfər dünyasını dəyişib. 

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən azyaşlı oğlandır.

Hazırda 20 nəfər xəstəxanaya daxil olub, vəziyyətləri ağırdır.

Səhiyyə Nazirliyinin mətbuat xidməti hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edildiyini bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov sözlərinə görə, xəsarət alanların 7-si qadın, 10-u kişi, 3-ü uşaq olub. Xəsarət alan uşaqlardan biri xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

 

---------

15:00

Movqe.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib. 

8 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılır.

 

---------
14:52

Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Movqe.az unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. 

Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var.

Sizin Reklam Yeriniz