Əlaqə Arxiv
news Image
2018.10.02
12:23
| A A A
Masallıda 5 oktyabr Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir

YAP Masallı rayon təşkilatının təşkilatçılığı ilə İncəsənət məktəbi ərazi ilk partiya təşkilatında 5 oktyabr Beynəlxalq Müəllimlər gününə həsr olunmuş “Təhsil bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə İncəsənət məktəbi ərazi ilk partiya təşkilatının sədri Azər Əhədzadə açaraq rayon müəllimlərini peşə bayramları münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllimlərimizin rolu əvəzsizdir. Məhz ona görə də cəmiyyətimiz bu şərəfli peşə sahiblərinə böyük hörmətlə yanaşır, əməklərini uca tuturlar.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək müəllimləri təbrik edib, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd edib.
Seyfəddin Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq son illərdə Masallıda təhsil sistemində qazanılan uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. 
Rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışına davam edərək bildirmişdir: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram,” – deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. 
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, möhtərəm Prezident cənab İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təsadüfi deyil ki, XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrlərdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları vardır ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir.
Seyfəddin Əliyev təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə Möhtərəm Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Əməkdar müəllim Mirqabil Hüseynov, rayon təhsil şöbəsinin müavini Samit İslamov, təhsil işçilərindən Mehriban Əzizova, Elmar Qulamov və başqaları Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin formalaşmasında verdiyi töhfələrdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək dövlət başçısına minnətdarlıq ediblər.
Sonra İncəsənət məktəbinin fəal şagirdlərinə eləcədə təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçilərinə YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələri təqdim olunub. 
Sonda rayon İncəsənət məktəbinin fəal şagirdlərinin ifasında Üzeyir Hacıbəyovun üverturaları ifa olunub.

 Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz