Əlaqə Arxiv
news Image
2018.10.02
12:36
| A A A
Masallıda “Aprel döyüşləri qəhrəmanlarının cəmiyyətdə təbliği" mövzusunda tədbir keçirilib

Masallıda, Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin “Aprel döyüşləri qəhrəmanlarının cəmiyyətdə təbliği" layihəsi çərçivəsində tədbir keçirilib.
Gənclər Mərkəzində keçirilən tədbirdə Masallı RİHB aparatının məsul işçiləri, idarə, müsəssisə və təşkilat rəhbərləri, mədəniyyət, təhsil, səhiyyə işçiləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları, KİV nümayəndələri iştirak ediblər. 
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliev Parkında yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini və Qəhrəmanlar Xiyabanını ziyarət edərək önünə gül dəstələri qoyublar. 
Sonra tədbir Gənclər Mərkəzində davam edib. 
Dövlət Himni səsləndirilkdən sonra Aprel şəhidlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Bürhanov tədbiri giriş sözü ilə açıb, Aprel şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan danışıb, onların xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildirib. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı , Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Aprel döyüşləri mübariz Azərbaycan Ordusunun fəxr və şərəf səhifəsidir. Tarixin bu səhifəsi heç vaxt unudulmayacaq.
Aprel şəhidləri haqqında hazırlanmış slaydlar nümayiş olunduqdan sonra “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri, layihə rəhbəri Firuzə Əsədullayeva layihə haqqında ətraflı məlumat verib bildirib ki, layihə 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun əzmkar əsgər, gizir və zabit heyətinin şanlı qələbəsində böyük rolu olan, qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan hərbçilərimizin cəmiyyətə daha geniş miqyasda tanıdılmasına xidmət edir. Layihənin əsas məqsədi Aprel döyüşlərinin qəhrəmanlarını daha geniş miqyasda təbliğ etmək, onların döyüş yolu və həyatı haqqında cəmiyyəti maarifləndirmək, şəhid ailələrinə mənəvi-psixoloji yardımlar göstərməklə dəstək olmaqdır.
Layihənin jurnalist eksperti Elxan Xanalizadə həyata keçirilən layihənin mahiyyətindən bəhs edib, avqust ayından noyabr ayına kimi davam edən 4 aylıq layihədə 11 Aprel şahidi haqqında foto-slaydlar hazırlandığını, onların qəhrəmanlıq dolu həyatlarının təqdim olunduğunu vurğulayıb. Layihə çərçivəsində 4 mövzu – “Aprel şəhidləri şanlı tariximizdir”, “Azərbaycan xalqı 2016-cı ilin aprel ayında bir yumruq kimi”, “Aprel döyüşlərinin qəhrəmanları heç vaxt unudulmayacaq”, “Vətəni Aprel qəhrəmanları kimi sevməliyik” mövzuları ətrafında söhbətlər aparılıb.
Viləşkənddən Aprel şəhidi Nurlanın anası Ziba Əsgərova, Nurnisə Kərimli, Güllütəpədən Aprel şəhidi Firdovsi Bağırzadənin dayısı Ağamir İbrahimov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru , Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, Vaqif Abbasov, Aprel döyüşlərinin canlı şahidi Əziz Cankişizadə və başqaları çıxışlarında şəhidlərin ölməzliyindən, onların əziz xatirəsinə olan ehtiramdan söz açıblar. 
Onlar dövlət tərəfindən şəhidlərə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bütün şəhid ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

 Əlihüseyn Şükürov
 

Sizin Reklam Yeriniz