Əlaqə Arxiv
news Image
2018.10.02
16:50
| A A A
Ölməzliyə gedən "yol"un yolçuları "Masallı ziyalılıarı" İB-nin tədbirləri

"Masallı ziyalılıarı" İB-nin layihəsi əsasında keşirilən vətənpərvərlik tədbirləri rayonun təhsil ocaqlarını, bir sıra idarə və müəssisələri əhatə etmiş, R.Tağıyev adına Masallı Dövlət Tarix-Diyarşünaslıq Muzeyində yekunlaşmışdır. Layihənin müəllifi olan birlik Aprel döyüşləri mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa-yazı müsabiqəsini də burada yekunlaşdırmışdır.
Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva rayonun 16 kən ərazisi üzrə 41 şəhidin adını çəkib, Milli Qəhrəman Səfəralı Məmmədov və digərləri haqqında məlumat vermişdir.
"Masallı ziyalılıarı" İB-nin sədri, "Tərəqqi" medallı Qardaş Fətiullayev 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən danışmış, 93 Aprel şəhidindən ikisinin Masallıdan olduğunu vurğulamış, Nurlan Əsgərli və Firdosi Bağırzadənin gənclərə ornək olduğunu göstərmişdir. İnşa müsabiqəsi barədə geniş danışan sözçü müsabiqənin 3 qalibini və tədbirlərin keçirilməsində fərqlənənləri mükafatlandırmışdır.
Aprel döyüşlərinin iştirakçısı, Qodman ərazi nümayəndəsi Əziz Cankişizadə, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, üçüncü dərəcəli "Vətənə Xidmətə görə" ordenli Ələşrəf Niftiyev, MƏSQ Masallı rayon təşkilatının sədri Məmmədaqa Şiriyev, 2 nömrəli regional “Azərmətbuatyayımi” idarəsinin sədri, "Masallı ziyalılıarı" İB-nin sədr müavini Əbülfəz Nuriyev, DQİDK- nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, həftəlik "Yeni həyat" qəzetinin Baş redaktor müavin Rəsul Rzayev, SHXÇDX-nin Masallı rayon şöbəsinin nümayəndəsi Rəvan Nəsibov, Qarabağ döyüşçüsü Vaqif Abbasov, şəhid bacısı Gülyanaq Kazımzadə çıxış etmişlər.

   Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz