Əlaqə Arxiv
news Image
2018.10.04
19:00
| A A A
Xarici pasport nə vaxt dəyişdirilməlidir?

Xarici ölkələrə tez-tez səyahət etməyi sevənlərin ən çox yaşadığı problemlərdən biri də ümumvətəndaş pasportunun vaxtından tez sıradan çıxması, zədələnməsi olur. Bu da pasportu yeniləmək zərurəti yaradır. Səfərə hazırlaşan biri üçün isə bu ən böyük problemlərdən biridir.

Maraqlıdır, bəs digər hansı hallarda şəxs ümumvətəndaş pasportunu yenisi ilə əvəz etməlidir?

Movqe.az-ın məlumatına görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bildirib ki, bəzi vacib hallarda xarici pasportu dəyişmək lazımdır:

“Əgər vətəndaşın soyadı, adı, atasının adı dəyişdirilibsə, pasportdakı yazılarda dəqiq olmayan məlumat müəyyən edilibsə və pasport yararsız hala düşübsə, onun dəyişdirilməsi mütləqdir”.

Sizin Reklam Yeriniz