Əlaqə Arxiv
news Image
2018.10.04
13:26
| A A A
Yalnız sertifikatı olan yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün təhlükəsizdir

Mağazalarda uşaqlar üçün müxtəlif yumşaq oyuncaqlar satılır. Onların keyfiyyəti və sağlamlığa təsiri valideynləri hər zaman düşündürür.

Respublika Sanitar-Karantin Müfəttişliyindən movqe.az-a verilən məlumata görə, bu il həmin məhsullarla əlaqədar cəmi 10 müraciət daxil olub və onların hər biri yoxlanılandan sonra satışına icazə verilib.

Müfəttişliyin şöbə müdiri Yədulla Balışevin dediyinə görə, yumşaq oyuncaqların yol kənarında satılması düzgün deyil. Yumşaq oyuncaqların üzərinə qonan toz və digər maddələr müəyyən vaxtdan sonra uşaqlarda müxtəlif xəstəliklər və patologiyalar yaradır. Yalnız gigiyenik sertifikatı olan və keyfiyyətli məhsulun satışına icazə verilir.

Sizin Reklam Yeriniz