Əlaqə Arxiv
news Image
2018.10.04
14:47
| A A A
Nobel Sülh Mükafatına ən real namizədlər – Siyahı

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına ən real namizədlər siyahısındadır.

Kult.az xəbər verir ki, bu barədə “Taym” jurnalı yazıb.

Nəşrin məlumatına görə, Şimali Koreya lideri Kim Çen İn və Cənubi Koreya Prezidenti Mun Çje İn də ali mükafatın favoritləri sırasındadır. Onlar bu mükafata Koreya yarımadasının denuklearizasiyasına verdikləri töfhəyə görə layiq görülə bilərlər.

Bukmekerlər Trampın şanslarını 2.5 əmsalla qiymətləndirib. O, tarixdə ilk dəfə ən yüksək səviyyədə ABŞ-Şimali Koreya zirvəsinin keçirilməsinə görə laureat ola bilər.

Nobel Sülh Mükafatına həmçinin Kataloniyanın keçmiş lideri Karles Puçdemon, Roma Papası və Səudiyyə Ərəbistanından olan bloger Raif Bədəvinin də iddia edə biləcəyi qeyd olunur.

Sizin Reklam Yeriniz