Əlaqə Arxiv
news Image
2018.10.08
11:12
| A A A
2 otaqlı mənzildə yanğın olub

Bakı şəhərində yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, şəhərin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 56 m² olan 2 otaqlı mənzilin mətbəxinin, dəhlizinin, hamam otağının yanar konstruksiyaları və ev əşyaları 22 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz