Əlaqə Arxiv
news Image
2018.10.10
11:35
| A A A
Qəbələdə yanan ərəblərdən yeni xəbər var

"Yanıq Mərkəzində olan iki Suriya vətəndaşının vəziyyəti ağır-stabildir".
Movqe.az xəbər verir ki, bunu AzVision.az-a Mərkəzin baş həkimi Şöhrət Məmmədov deyib. 

Baş həkim bildirib ki, xəstələrin müalicələri davam etdirilir və tam nəzarət altındadırlar.

“Vəziyyətləri pis deyil, amma sağalmaqları barədə danışmaq tezdir”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Qəbələ rayon Mərkəzi Xəstəxanasında qalan 3 Suriya vətəndaşının da müalicəsi davam etdirilir.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Sizin Reklam Yeriniz