Əlaqə Arxiv
news Image
2018.10.11
19:00
| A A A
İranın İtaliya banklarında dondurulmuş 5 milyard dollar həcmindəki aktivi Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilib

İranın İtaliya banklarında dondurulmuş 5 milyard dollar həcmindəki aktivi apelyasiya məhkəməsinin qərarı ilə azad edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə İran Prezidenti Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Möhsün Möhəbbi məlumat verib. O qeyd edib ki, cari ilin iyununda ABŞ-ın şikayəti əsasında İtaliya Məhkəməsi İranın ölkə ərazisindəki banklarda saxlanılan 5 milyard dollarlıq aktivlərinə həbs qərarı verib. Bunun nəticəsində hesablar dondurulub. İran isə neft və qaz satışından əldə etdiyi pulunu ala bilmirdi.

İran İtaliya Məhkəməsinin qərarından yuxarı məhkəmə instansiyası olan Apellyasiya Məhkəməsinə şikayət edib. Apelyasiya Məhkəməsi işi araşdırdıqdan sonra aşağı instansiyalı məhkəmənin qərarının yanlış olması haqqında qərar verib və İranın yerli banklarda saxlanılan aktivini azad edib.

Qeyd edək ki, bununla əlaqədar olaraq İranda dolların satış qiymətində enmə müşahidə edilib.

Sizin Reklam Yeriniz