Əlaqə Arxiv
news Image
2018.10.18
12:34
| A A A
Rəsul Məmmədov: "Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik"

13-14 oktyabrda Çexiyanın Ostava şəhərində keçirilən Kombat Ciu-citsu üzrə dünya çempionatı keçirilib. Movqe.az xəbər verir ki, Azərbaycan milli komandasını 7 nəfər təmsil edirdi.İdmançılarımız çempionatın "full contact" və "police self defense" növlərində iştirak etdilər. Komandamızın baş məşqçisi, Din-nin idman cəmiyyətinin əməkdaşı, əməkdar məşqçi Rəsul Məmmədov saytımıza açıqlamasında  bildirdi ki;  Kombat Ciu-citsu yapon idman döyüş növüdür. Bu döyüş növü xüsusilə dünyada polislərin, cangüdənləri, hərbiçilərin, xüsusi təyinatlıların arasında geniş yayılmışdır. Hətda bir çox güc strukturları əməkdaşlarının döyüş hazırlığı proqramına salınmışdır. İdmançılarımızın tam heyyəti DIN-nin idman cəmiyyətinin yetirmələridir. Komandamızda polis əməkdaşlarıda var.Baş dövlət yol polis idarəsinin əməkdaşları polis kapitanı Fərid Mayılov və Əliyev Süleyman "Police self defense" növündə birinci yerləri tutublar.DİN-nin idman cəmiyyətin təmsilçisi Nazim Qasımov 77kq çəki dərəcəsində 3-cü yeri tutubdur. 

Həmçinin Rəsul Məmmədov bildirib ki; Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək nəticələr əldə edirik. Elə bu ildə bizim üçün çox uğurlu il oldu və mən ümid edirəm ki biz ildən ilə  medallarımızın sayını daha çox edəcəyik. Komandanızın adından Daxili işlər nazirliyinin rəhbərliyinə, Baş dövlət yol polis idarəsinin rəhbərliyinə, DİN-nin idman cəmiyyətinin rəhbərliyinə, Gənclər və idman nazirliyinə 2018 ci ilin dünya çempionatının hazırlığımıza və iştirakımıza görə dərin təşəkkürümüzü bildiririk.

Sizin Reklam Yeriniz