Əlaqə Arxiv
news Image
2018.10.22
13:47
| A A A
«Agro Dairy» MMC-nin nümayəndələri növbəti dəfə ADAU-da olub

Respublikamızda aqrar sahədə fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan «Agro Dairy» MMC-nin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) növbəti dəfə işgüzar səfər edib. Səfərin məqsədi müəssisə ilə universitet arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək olub. Qonaqları qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov son illərdə universitetdə görülən işlər, yaradılan  auditoriyalar, laboratoriyalar,  aparıcı şirkətlərlə əlaqələr barədə qonaqlara məlumat verib. 

Şirkətin Baş Direktoru Kamran Aqasi universitetlə əlaqələrin mövcud vəziyyəti və onun inkişaf etdirilməsinin prioritet istiqamətləri barədə danışıb.
Görüşdə aqronomluq və digər kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrinin və praktik dərslərinin müəssisədə təşkili, mütəxəssislərin mübadiləsi, eksperimental tələbə qruplarının formalaşdırılması və onlara intensiv dərslərin keçirilməsi, sahəvi dərslərin təşkili, universitetin maddi-texniki bazasından, o cümlədən torpaqşünaslıq və aqrokimya laboratoriyasının, bitki klinikasının xidmətlərindən istifadə məsələləri müzakirə olunub. 
Görüşdən sonra qonaqlar universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar.
                                                                       

Əlihüseyn Şükürov

 

Sizin Reklam Yeriniz