Əlaqə Arxiv
news Image
2018.10.22
14:12
| A A A
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib

Murmansk. Rusiya Federasiyasının Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının sədr müavini Hüseynalı Hüseynov Murmanskın “TV-21” telekanalının “Vovremya” (“Vaxtında”) verilişinin qonağı olub. O, təmsil etdiyi təşkilatın fəaliyyəti barədə danışıb.
“Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyindən verilən məlumata görə, Hüseynalı Hüseynov və “Sodrujestvo” Milli Mədəniyyətlər Mərkəzinin, həmçinin “Flueraş” Moldav Mədəniyyət Mərkəzinin sədri Oksana Mogilina RF Murmansk vilayəti İctimai Palatasının üzvü Afil Hüseynovun rəhbərliyi ilə “Azərbaycan Mədəniyyət Mərkəzinin” fəaliyyəti və bu təşkilat tərəfindən keçirilən mədəni-kütləvi tədbirlər, sərgilər, konsertlər, yaradıcılıq gecələri barədə məlumat veriblər.
Qeyd edilib ki, milli-mədəni birliklər regional hakimiyyət orqanları və yerli özünüidarə orqanları ilə sıx əməkdaşlıq edir, cəmiyyətdə millətlərarası sülhün və həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş birgə işi əlaqələndirirlər.
Hüseynalı Hüseynov bildirib ki, Azərbaycan icmasının təşkilatı Murmansk vilayətinə köçüb gəlmiş həmvətənlərimizlə də iş aparır, onlara zəruri hüquqi yardım göstərir. H.Hüseynov deyib: “Biz həmvətənlərimizlə müvafiq söhbətlər aparır, bu insanların ehtiyaclarını öyrənir, onlara hüquqi yardım, maddi dəstək göstərir, işə düzəlmələrinə kömək edirik. Murmansk vilayətinə əsasən SSRİ-nin dağıldığı dövrdə köçüb gəlmiş insanlar bu gün artıq orduda xidmət edib, burada ailə qurub, Rusiyanın tamhüquqlu vətəndaşlarına, Murmansk sakinlərinə çevriliblər. Biz öz milli mədəniyyətimizi məmnuniyyətlə nümayiş etdirir, yerli əhalini, digər millətlərin nümayəndələrini bizim mədəniyyətlə tanış edirik. Təşkilatımızın nizamnaməsində nəzərdə tutulan hədəflərə və məqsədlərə uyğun olaraq fəal iş aparılır, bu da çoxmillətli Murmansk torpağında sülhün və dostluğun möhkəmlənməsinə kömək edir”.

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz