Əlaqə Arxiv
news Image
2018.10.23
11:49
| A A A
Abşeronda piyadanı vurub qaçan sürücü tutularaq istintaqa cəlb edilib

Oktyabrın 20-də saat 19:30 radələrində Cumayev Vüqar Nazim oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90-EG-191 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonunun Saray qəsəbəsində hərəkətdə olarkən piyada Həbibov Malik Yusif oğlunu vurub ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmasında əsaslı şübhələr olduğundan fakta görə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Movqe.az xəbər verir ki, bu barədə Abşeron rayon polis idarəsi və rayon prokurorluğunun birgə məlumatında deyilir.

İş üzrə hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

 

V.Cumayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz