Əlaqə Arxiv
news Image
2018.10.24
15:30
| A A A
Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar çıxarıldı

Bu gün səhər saatlarından etibarən haqqin.az və virtualaz.org saytlarının təşkil etdiyi xüsusi qrup Bakının Puta qəsəbəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların çıxarılması üçün işə başlayıb.

Movqe.az virtualaz.org-a istinadən bildirir ki, böyük ehtimalla  Müşfiqə məxsus olduğu təxmin edilən qalıqlar azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun  atası Teymur Əhmədovun qalıqlarının axtarılması zamanı tapılıb. F.Əhmədov saytımıza açıqlamasında bildirib ki, qalıqların tapılması haqda  vaxt Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyini məlumatlandırıb. Habelə iş adamı Müşfiqə aid olduğu təxmin edilən qalıqlarla eyni quyuda basdırılmış 10-a yaxın insan qalıqlarının (hamısı 30-cu illərdə Stalin repressiyaları zamanı güllələniblər) toplanması və gələcək araşdırma üçün ayrıca saxlanılmasını təmin edib.

Sizin Reklam Yeriniz