Əlaqə Arxiv
news Image
2018.10.25
17:29
| A A A
Sel dağıntılar törətdi - Avtomobillər suyun altında qaldı

REAL-ın məlumatına görə, Rusiyanın Krasnodar vilayətində aramsız yağan yağış sel və daşqınlara səbəb olub.

Əsasən, Soçi, Tuapse, Lazariskaya, Adler və Novorosisk şəhərləri təbii fəlakətdən əziyyət çəkib.

Soçi və Tuapse şəhlərində yollarda yığılıb qalan su nəqliyyatın hərəkətini iflic edib. Bu şəhərlərdə sel irimiqyaslı dağıntılar törədib.

Bir sıra yaşayış bölgələrində suyun səviyyəsi 1 metri keçib. Avtomobillər suların altında qalıb.

Yüzlərlə evi, iş yerini su basıb.

Xilasedicilər suların əsarətində qalan bölgələrdən əhalini təxliyə ediblər.

Rəsmilər vəziyyətlə əlaqədar böhran komissiyası yaradıblar.

Sel və daşqınlar nəticəsində insan itkisinin olub-olmadığı hələlik məlum deyil.

Sizin Reklam Yeriniz