Əlaqə Arxiv
news Image
2018.10.29
10:56
| A A A
İndoneziyada qəzaya uğramış təyyarədə sağ qalan yoxdur

İndoneziya sahillərində qəzaya uğramış "Boeing 737" sərnişin təyyarəsində sağ qalan yoxdur.

Movqe.az-ın məlumatına görə, bu barədə İndoneziyanın Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə Milli Agentlikdən bildiriblər.

Xatırladaq ki, təyyarə Yava adasının qərb sahillərində qəzaya uğrayıb. Layner Cakarta aeroportundan havaya qalxandan təqribən 10 dəqiqə sonra radardan itib.

 

Hava gəmisinin məxsus olduğu "Lion Air" aviaşirkətinin məlumatına əsasən, göyərtədə 181 sərnişin, iki pilot və 6 ekipaj üzvü olub.

Bundan əvvəl İndoneziyanın Təbii fəlakətlərlə mübarizə üzrə Milli Şurasının nümayəndəsi Sutopo Purvo Nuqroho "Twitter" səhifəsində axtarış işlərinin əks olunduğu videonu paylaşmışdı.

Sizin Reklam Yeriniz