Əlaqə Arxiv
news Image
2018.10.31
19:42
| A A A
Havaya tüstü atan zavod cərimələndi - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Bakı- Salyan avtomobil magistral yolunun kənarında fəaliyyət göstərən kərpic zavodundan havaya qara tüstü atılması ilə bağlı şikayət daxil olub.

Movqe.az xəbər verir ki, ETSN-dən  verilən məlumata görə, Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə fəaliyyət göstərən Kərpic İstehsalı zavodunun ətraf ərazilərində araşdırma və monitorinq aparılıb. Zavodun ətraf ərazisinin atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb. Analizlərin nəticələrinə görə qaz birləşmələrindən toluol 1.4, etil-benzol 4.8, meta-ksilol 1.3, his 3, tozun miqdarının isə 4.2 dəfə sanitar normadan artıq olduğu müəyyən edilib.

 

Faktla bağlı zavodun iş icraçısı Rizvan Müslümov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Milli.az

Sizin Reklam Yeriniz