Əlaqə Arxiv
news Image
2018.10.31
16:37
| A A A
AMEA-nın Hərbi Akademiya ilə birgə hazırladığı hərbi təyinatlı cihazlara baxış keçirilib (FOTO)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə hazırladığı hərbi təyinatlı cihazlara baxış zamanı onların yüksək texniki göstəricilərə malik olduğu müşahidə edilib.

Akademiyadan Movqe.az-a verilən məlumata görə, Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimi izləyiblər. Hərbi təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının Strateji Elmi-Tədqiqat Mərkəzinin alim və əməkdaşları da iştirak ediblər.

 

Təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə hazırladıqları “İldırım RP-10” radiopartladıcısı, “Sərhəd Sipər Sistemi” və digər hərbi təyinatlı cihazlara baxış keçirilib. Adıçəkilən cihazların yüksək texniki göstəricilərə malik olduğu müşahidə edilib.

Qeyd edək ki, “İldırım RP-10” radiokanal sistemi mürəkkəb relyefi olan ərazidə 3,5 min metr məsafədə, birbaşa görüntülü ərazidə isə 7 min metr məsafədə döyüş tapşırığını yerinə yetirir. “Sərhəd Sipər Sistemi” isə 1 kilometr məsafədə mühəndis çəpərinə quraşdırılır və radiosiqnallar vasitəsilə xəbərdaredici maneələr zolağı yaradır. Dövlət sərhədinə hər hansı müdaxilə olduğu zaman sistem onun yerini müəyyənləşdirərək mərkəzə məlumat ötürür.

Sizin Reklam Yeriniz