Movqe.Az xəbər verir ki, bugün Xətai prospektində, günorta saatlarında xoşagəlməz yol-nəqliyyat hadisəsi baş verib.
24 nömrəli avtobus sərnişinlərindən biri avtobusun təkərləri altında qaldı.
Qeyd edək ki, sərnişin avtobusdan düşərkən, ayağı qapıya ilişir. Səbəbsə sürücünün sərnişinin avtobusdan enməsini gözləməməsidir.
Onuda qeyd edək ki, sərnişin yıxılan zaman avtobus hərəkətdə olub. Nəticədə sərnişin avtobus təkərinin altına düşür.
Zərərçəkənin qışqırığına
baxmayaraq avtobus sürücüsü heç bir reaksiya vermir. Avtobusdakı
sərnişinlərin israrlarından sonra sürücü nəhayət ki, avtobusu
dayandırır.
Zərər çəkən xanımı həmin avtobusla ağır vəziyyətdə ən yaxın
xəstəxanaya apardılar. Qeyd edək ki, zərərçəkənin vəziyyətindən
hələki bir xəbər yoxdur.
Türkan Nadirqızı
Movqe.Az