Bu gün "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və qarşıdakı əlamətdar bayramlara həsr olunmuş tədbir keçirilib. Movqe.az-ın məlumatına görə, Dövlət himninin səslənilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq bildirib ki, 2018-ci il Azərbaycan Cümhuriyyət ili kimi qeyd edilib. Fond da bu il ərzində 33 KİV-ə maliyyə ayırıb. KİVDF Cümhuriyyət ili ilə bağlı baş redaktorların Tiflisə səfərini təşkil edib. Bununla yanaşı media mənsublarının Fond tərəfindən Ankaraya da səfər təşkil edib. KİVDF ana dilimizin qorunması ilə bağlı layihələri də müəyyənləşdirib. İl ərzində icra hakimiyyətləri jurnalistlər üçün müsabiqələr keçirib. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Fond öz üzərinə düşən işi layiqincə yerinə yetirir. Bu gün binanın 13-cü mərtəbəsi yekunlaşmaq üzrədir. 2020-ci ilə təhvil verilməsi nəzərdə tutulub". V.Səfərli Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 19 istiqamət üzrə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 64 kütləvi informasiya vasitəsindən 160 yazının təqdim edilib. V. Səfərli tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.



