Babək prospektindəki təmir başa çatdı
Babək prospektindəki yolun deformasiyaya uğramış hissəsinin təmiri başa çatıb. Bu barədə Movqe.az-a Azərbaycan Dəmir Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
A.Nəcəflinin sözlərinə görə, yol sürücülərin istifadəsinə verilib.
Qeyd edək ki, prospektin 2-3 metrlik hissəsində deformasiya baş vermişdi. Buna səbəb kimi ərazidən keçən kommunikasiya xətlərindəki problem əsas gətirilmişdi.