Əlaqə Arxiv
news Image
2019.03.01
08:00
| A A A
Problemli kreditlərin həlli ilə bağlı Prezident qərarı dünya üçün sosial inqilab nümunəsidir
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət sosial layihələrin miqdarını və həcmini artırır

 

Son 16 ildə sosial-iqtisadi inkişafın sürəti ölkə həyatının ayrılmaz atributuna çevrilib. Azərbaycan iqtisadiyyatı bu illər ərzində uğur əldə edib. Qazanılan uğurlar, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, fəaliyyətin səmərəsini artırmaq üçün daim islahatlar həyata keçirilməsi, vəziyyəti real qiymətləndirib, problemlərin aradan qaldırılması ilə diqqəti cəlb edib. Ötən müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqla yanaşı iqtisadi sahədə müşahidə edilən sürətli dəyişiklikləri özlərinin rifahın hallarının yaxşılaşmasında hiss ediblər.

İnfiki dövr inkişafda yeni mərhələ kimi daha mürəkkəb və müasir məsələlərin həllini ehtiva edir.  İslahatlar genişlənir və texnoloji cəhətdən təkmilləşir. Həyata keçirilən struktur dəyişiklikləri iqtisadi siyasətin xarakterinə uyğun olaraq çevikliyi təmin edir. Hər il dövlət rəhbərliyi tərəfindən 15-20 proqram xarakterli sənəd qəbul edilir. Bunların sırasında müxtəlif sahələri əhatə edən konsepsiyalar, milli strategiya, strateji yol mxəritəsi, dövlət proqramları, milli fəaliyyət planları və sairə var. Bütün bunlar sənayenin modernləşdirilməsi və idarəetmə strukturunun təkmilləşdirilməsi yolu ilə sürətli inkişaf tempini saxlamağa yönəlib və Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin ana xəttidir. Sənaye parkları və məhəllələri mövcud potensialın gücləndirilməsi və yeni istehsal sahələrinin yaradılması, iqtisadiyyatda keyfiyyət dəyişikliyi baxımından yeni mərhələnin başlıca meyarlarıdır. Çünki, iqtisadiyyatın inkişafı dövlətimizin sosial mahiyyətini daha da dərinləşdirir.

Yeni mərhələnin ən vacib, bəlkə ən aktual xüsusiyyəti dövlətin sosial xatakterinin gücləndirilməsi işinə əmək qabiliyyətli əhalinin kütləvi şəkildə cəlb edilməsidir. Belə ki, insanların məşğulluq faizi yüksəldikcə tərəqqi və sosial həyatın yaxşılaşdırılması paralel inkişaf yoluna çıxır. Birincisi, işsizlik sürətlə azalır, vətəndaşlar yaşamaq üçün gəlirlərini artırır, əhali əməyinin bəhrəsi ilə vəziyyətini yaxşılaşdırır. Digər tərəfdən dövlətin gəliri artır və məntiqi sürətdə büdcənin sosial bölümü genişlənir. Son bir neçə ildə qeyri-neft sənayesinin davamlı inkişafı, yerli ehtiyatlardan istifadə edən sənaye sahələrinin yaradılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, yeni yaradılan sənaye parkları və sənaye məhəllələri, iri aqroparklar məşğulluğun səviyyəsini artırmaqla bu istiqamətdə mühüm irəliləyişləri təmin edib.  İnkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanlarının, körpülərin, tunellərin, yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması və s. işlər uğurla davam etdirilir.

Bu inkişaf və tərəqqi bazar iqtisadiyyatı sisteminə əsaslansa da dövlət sosial ədalət prinsipinin qorunmasını yaddan çıxartçır. Məsələn, iqtisadi uğurlar ölkədə peniyaların verilməsi və əhalinin sosial müdafiəsinin yüksəlməsi ilə xarakterizə olunur. Yeni sistemlər yaradılır, əhalinin pemsiya təminatı yüksəldilir, müavinətlər artırılır, anadangəlmə qüsurlu və ya sonradan yaranmış əlilliyə, fiziki qüsurlara görə dövlətin verdiyi maddi yardımlar durmadan ardıcıl şəkildə artırılır. 2016-cı ildə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə sosial mənzillərin tikilərək ehtiyacı olanlara verilməsi dövlətin sosial siyasətində keyfiyyətcə təkmilləşmənin bariz ifadəsidir.

Ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurların davamlılığını təmin etmək məqsədi ilə qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında  qeyri-neft sektorunun inkişafı, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, insan kapitalının inkişafı və sosial müdafiə sisteminin səmərəliliyinin yüksəldilməsi və s. məsələlər nəzərdə tutulub və hazırda konseptual səviyyədə praktikada həyata keçirilir.  

Prezident İlham Əliyev mövcud iqtisadi vəziyyətimiz haqda deyib: “İqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir. Yəni, bütün bunlar görülmüş işlər nəticəsində mümkün olub və bir daha onu göstərir ki, sosial və iqtisadi islahatlara alternativ yoxdur. 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar”.

Dövlət başçısının problemli kreditlərlə bağlı sonuncu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı sözlə işin vəhdətindən doğan və xalqa xidmətə yönəlmiş fəaliyyətin real nümunəsidir. Bu, əhalini narahat edən ciddi problemlərə rəhbərin diqqət və qayğısının ifadəsidir. Bu addım Azərbaycan dövlətinin xalqın xidmətində durduğunu bütün dolğunluğu ilə sübut edir.

Xalqın yaşayış səviyyəsi bütün siyasi gedişlərin son məqsədi və nəticəsidir. Siyasət uğurludursa, yetkin və səmərəlidirsə, onda qarşıya qoyulan vəzifələrin icrası da uğurlu olacaq. Azərbaynın yolu budur və aydın görünür ki, bu yol aydınlığa və işgüzar gələcəyə istiqamətlənib.

N.NOVRUZ

 

 

 

Sizin Reklam Yeriniz