Əlaqə Arxiv
news Image
2019.03.01
16:40
| A A A
Milli parklarda yeni guşələr yaradılacaq - Uşaqlar üçün

Bu il Milli parklarda uşaqlar üçün "Təbiəti dərk et-əylən" tipli güşələr yaradılacaq.

Movqe.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O qeyd edib ki, belə guşələrin yaradılmasında məqsəd Milli Park ərazilərində uşaqların vaxtının daha səmərəli, maraqlı keçirməsinə nail olmaqdır.

Belə guşələrdə uşaqlar üçün təbiətə aid müxtəlif Pinteraktiv, məntiqi oyunların keçirilməsi nəzərdə tutulub.

H.Əlizadə bildirib ki, "Təbiəti dərk et-əylən" tipli güşələrin bütün Milli parklarda yaradılması nəzərdə tutulur.

Sizin Reklam Yeriniz