Əlaqə Arxiv
news Image
2019.03.02
09:00
| A A A
Dövlət cəmiyyətin bütün istəklərinə xüsusi həssaslıqla yanaşır
Azərbaycanda sosial “günəşin” şəfəqləri bütün buzları əridir

Ötən ilin sonlarından Prezident İlham Əliyevin başladığı sosial inqilab bu il kulminasiya nöqtəsinə yüksəlib və onun dalğaları həyatın bütün sferalarını əhatə edir. Prinsipcə, bu inqilabın əsası 2003-cü ildən qoyulub və tədrici yolla prosesin əsasları yaradılıb. Çünki, sosial inqilab söz, şüar, mitinq və ya iclaslarla, konsepsiyalar yaxud müqavilələrlə başa gələn məsələ deyil. Bu, birbaşa ölkənin maliyyə resursları ilə əlaqədar aksiyadır və onun hazırlıq dövrü, habelə həyata keçirilməsi xeyli vaxt tələb edir.

16 il əvvəldən iqtisadiyyatın bütün vəsilələrində başlanmış coşqun yüksəliş ilk növbədə yoxsulluğun və işsizliyin aradan qaldırılmasına yönəldilirdi. Bunun sayəsində bir neçə il ərzində Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi təxminən 50-55 faiz azalaraq 5-5,3 faiz həddinə enib. Bu göstəricinin əldə edilməsi sosial inqilabın baş verəcəyinin anonsu idi. Çünki, ölkədə inkişaf dünya ictimaiyyətini, iqtisadçıları və dövlət başçılarını heyrətləndirəcək səviyyədə  sürətlə gedir və xaricdən gələn valyuta axını artır. Azərbaycan, rəhbərliyin həyata keçirdiyi siyasi və iqtisadi siyasətin, nəzərə almaq lazımdır ki, ölkə müharibə şəraitində yaşayır, mükəmməlliyi və düzgünlüyü hesabına tarixi hadisələrin salnaməsini yazır. Beynəlxalq təşkilatlar, məsələn, Dünya Bankı, Davos Beynəlxalq İqtisadi Forumu, dünyanın nəhəng dövlətləri, transmilli şirkətlər inkişafın Azərbaycan  modelinin zəfər yürüşünü diqqətlə izləyir, onun mahiyyətini öyrənir və uğurlu struktur kimi digər ölkələrə tətbiqini məsləhət görürlər.

Müstəqilliyini yenidən bərpa edən dövrdə əlində dağılmış iqtisadiyyatdan başqa heç nə olmayan Azərbaycan indi daxılında 47 milyard dollarlır valyuta ehtiyatı, ÜDM-nin yüksək artımı, 16 il ərzində büdcəsinin 15 dəfə çoxalması ilə fəxr edir və qəddini dik tutur.  

Məhz bu yüksək səviyyəli maliyyə hazırlığı son 3 ayda maaşların və müavinətlərin, dövlətin müxtəlif əhali qruplarına verdiyi birdəfəlik yardımların miqdarını artırmağa imkan verib. Vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edən bu tədbirlər birbaşa ölkə başçısının şəxsi təşəbbüsləri və rəhbərliyi ilə həyata keçirilir. Prezident dövlətin bir nömrəli vəzifəsinə seçilən vaxtı xalqa verdiyi vədləri növbə ilə yerinə yetirib və yetirir. Bu vədlər içərisində eləsi var ki, onu ardıcıl olaraq yerinə yetirmək lazımdır. Sosial vəzifələr məhz bu qəbildəndir. Məsələn, son 16 ildə əhalinin gəlirləri dəfələrlə artıb və maaşların minimum həddinin artırılması da Prezidentin Fərmanları ilə tənzimlənib. Yəni, İlham Əliyev sözünün üstündə duraraq sosial sahəni daim nəzarətdə saxlayır, iqtisadiyyatda baş verən prosesləri diqqlət izləyir, öyrənir, təhlil edir və nəticə kimi yeni Fərmanlar imzalayır. Sonuncu belə fərman əhalini narahat edən problemli kreditlərin həlli ilə bağlıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin xarici valyutada olan kredit borclarına dair imzaladığı fərman, birincisi, yalnız fiziki şəxslərə şamil olunur, şirkət adına kredit götürənlərə aidiyyatı yoxdur. İkincisi isə, fərmanın əhatə dairəsinə yalnız 10 000 dollaradək xarici valyutada olan əsas kredit borclarının daxildir. Bu da əsassız deyil. Çünki, dövlətin varlı olması o demək deyil ki, pul saga-sola səpələnməlidir. Üstəlik, vətəndaşlar fərdi qaydada öz istehlakını yaxud xırda biznesini idarə etmək üçün maksimum 10 min dollar kredir götürə bilər. Məsələnin dollarla bağlı kreditlərə şamil olunmasının da əsası var: dünyada ən güclü maliyyə vasitələrindən olan bu valyuta 2016-ci ildən başlayaraq iki dəfə devalvasiyaya uğrayıb və “vətəndaş-bank” münasibətlərində ciddi mürəkkəblik yaranıb. Bütün bunlar isə dünya iqtisadi böhranının yaratdığı maliyyə fəsadlarıdır ki, bunun da zülmünü insanlar çəkir. Lakin vətəndaş məmnunluğunu diqqətdə saxlayan və on  minlərlə insanı qayğılandıran bu iş sosial mahiyyətli Azərbaycan dövlətinin diqqətindən kənarda qala bilməzdi. Bu fərmanın əsas dəyəri, xalq-iqtidar birliyinin başlıca mənası da bu istiqamətdədir.

Ekspertlərin şərhinə görə silinən borclar 2 qrupda təsnifləşdirilir. Bir qrupda 2012-ci ilin yanvarın 1-dən 2015-ci ilin fevral ayının 1-dək olan borclar üçün hər 1 dollara görə 15 sent silinəcək. Yəni, bu müddətdə 5000 dollar borcu olandan 750 dollar, 6000 dollar borcu oloandan 900 dollar, 7000 dollar borcu olandan 1050 dollar, 8000 dollar borcu olandan 1200 dollar, 10000 dollar borcu olandan isə 1500 dollar silinəcək. Əgər borc sahibi, məsələn, borcunun çox hissəsini ödəyib, az hissəsi qalıbsa, onda ona hesablanan məbləğin bir hissəsi yerdə qalan borca silinəcək, artıq qalan məbləğ isə həmin şəxsin sərəncamında qalacaq. 

Rrespublikamızda makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi sosial inqilabı gerçəkləndirən bu cür qərarların verilməsini stimullaşdırır və cəmiyyətin narahatlıqlarını böyük ölçüdə aradan qaldırır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz