Əlaqə Arxiv
news Image
2019.03.01
17:40
| A A A
Azərbaycanda ilk dəfə olaraq ürək xəstələri üçün məktəb yaradılıb

Azərbaycanda ilk dəfə olaraq ürək xəstələri üçün məktəb yaradılıb.

Səhiyyə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb.

Belə xəstələr üçün məktəb yaradılıb. Məktəbdə dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.

Proqrama kliniki kardioloqlar, psixoloqlar,reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunub.

 

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz