Əlaqə Arxiv
news Image
2019.03.01
20:31
| A A A
Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib

1 mart 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ASAN İntellektual İnkişaf Mərkəzində “08 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş Rayon tam orta ümumtəhsil məktəblilərinin qızlardan ibarət X-XI sinif şagirdləri arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə Rayon birinciliyi keçirilmişdir.
Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış,tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.“Breyn rinq” intellectual bilik yarışının keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək iştrakçıları salamlamlş və son illərdə qızların təhsilə olan marağından danışaraq onlara yarışda uğurlar arzulamışdır.
Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbin qızlardan ibarət komandası , II yeri Sığdaş kənd tam orta məktəbinin qızlardan ibarət komandası, III yeri isə Mahmudavar kənd tam orta məktəbinin qızlardan ibarət komandası tutmuşdur. “Dəfinə” məktəb-liseyinin qızlardan ibarət komandası xüsusi fəallığına görə diplom və hədiyyə ilə mükafatlandırıldı.
Sonda qalib komandalar Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və hədiyyələrlə təltif edilmişdir

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz