Əlaqə Arxiv
news Image
2019.03.01
18:00
| A A A
DGK külli miqdarda dərman vasitələrini məhv edib

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən amillərin aradan qaldırılması məqsədilə həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində külli miqdarda dərman vasitələri, qida əlavələri aşkar edilərək ekoloji poliqonda məhv edilib.

Komitədən Movqe.az-a verilən məlumata görə, məhv edilən dərman preparatlarının və bioloji aktiv maddələrin Azərbaycanda qeydiyyatda olmadığı, keyfiyyət normativlərinə cavab vermədiyi müəyyən edildiyindən Səhiyyə Nazirliyinin "Analitik Ekspertiza Mərkəzi" MMC tərəfindən topdan satışa buraxılmasına qadağa qoyulub.

"Qırxbulaq" MMC, "Zeytun pharmacuticals" MMC, "Centrum pharma" MMC, "Alfa-N company" MMC, "NP" MMC, "Stomdent" MMC, "Amex" MMC, "Asfarma dərman sənaye LTD ŞTİ" MMC firmaları tərəfindən müxtəlif vaxtlarda gətirilən həmin dərman vasitələriümumilikdə 15 863,40 ABŞ dolları, 2 218 822,88 Rus rublu, 25 065,02 Avro dəyərində olub.

Bakı Baş Gömrük İdarəsi tərəfindən məhv edilən dərman preparatlarının və bioloji aktiv maddələrin siyahısı aşağıdakı cədvəldə göstərilir.

Sizin Reklam Yeriniz