Əlaqə Arxiv
news Image
2019.03.02
10:46
| A A A
Eldar Əzizov: Bakı merinin seçilməsi məsələsi İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil

Bakı merinin seçilməsi ilə bağlı məsələ Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil.

Movqe.az-ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

E.Əzizov qeyd edib ki, bu vəzifəyə təyinat qanunvericiliklə tənzimlənir:

"Konstitusiyaya görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı prezidentin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Bu, bir institutdur, meriya isə başqa institutdur. Hər birinin öz üstünlüyü var, zəif tərəfləri də var".

İcra başçısı hesab edir ki, hazırkı struktur daha səmərəli işləyir: "Bütün ehtiyatlardan yaxşı istifadə edilərsə, nəticə əldə etmək olar".

Sizin Reklam Yeriniz