Əlaqə Arxiv
news Image
2019.03.02
16:50
| A A A
Ötən il əlilliyi olan 35 mindən çox şəxs reabilitasiya vasitəsi ilə təmin edilib

Ötən il əlilliyi olan 35 351 nəfər reabilitasiya vasitəsi ilə təmin edilib.

Bu barədən Movqe.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. 

Bildirilib ki, Prezident İlham Əliyevin fevral 23 fevral tarixli fərmanı ilə nazirliyin əsasnaməsinə edilən dəyişikliklərdən biri kimi reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək də ƏƏSMN-in vəzifələri sırasına daxil edilib.

Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bir sıra hallarda əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin onların yaşadıqları bölgələrə, hətta yaşadıqları ünvanlara aparılaraq verilməsi işləri də aparılıb. 

Ötən il reabilitasiya vasitələrini götürmək üçün özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanları olmayan şəxslərə səyyar xidmət formasında yaşadıqları rayon və ya şəhərə aparılmaqla, yaxud birbaşa ünvana çatdırılma qaydasında təqdim olunub.

Dövlət başçısının müvafiq fərmanı ilə nazirliyin Əsasnaməsində edilmiş dəyişikliyə uyğun olaraq, bundan sonra reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi sistemli xarakter alacaq, bu sahədə fəaliyyət daha da genişləndiriləcək.

Sizin Reklam Yeriniz