Əlaqə Arxiv
news Image
2019.03.02
18:30
| A A A
ADAU-da təlimçilər üçün təlimlər başa çatıb

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarından seçilmiş təlimçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə 2019-cu ilin 27 fevral-1 mart tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən təlimlərə 74 iştirakçı qatılmaqla, burada ADAU-nun müvafiq sahə üzrə təcrübəli əməkdaşları tərəfindən təlimlərin aparılmasının ümumi metodoloji əsasları, bitkiçilik, heyvandarlıq və aqromühəndislik istiqamətləri üzrə təlimlərin təşkili metodları, qiymətləndirmə üsulları və digər aktual mövzular tədris olunub.

Təlimlərin yekununa və sertifikatların təqdim olunmasına həsr olunan görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev iştirakçılara sertifikatları təqdim ediblər. İştirakçılar təlimin təşkili, təlim müddətində yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, təlimlərdə Kənd Təsərrüfatı Nazirliyinin tableli qurumlarından Lənkəran, Salyan, Tərtər, Şəki, Beyləqan, Quba, Kürdəmir Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Xidməti, Baş Dövlət Texniki Nəzarət Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz