Əlaqə Arxiv
news Image
2019.03.05
14:16
| A A A
Azərbaycanda yeni parklar yaradılacaq

Azərbaycanda yeni geoloji parklar yaradılacaq.

Movqe.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, geoloji parklar - xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.

Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.

Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.

Hər bir geoloji park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Sizin Reklam Yeriniz