Əlaqə Arxiv
news Image
2019.03.07
10:00
| A A A
Atəşkəs 25 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Sizin Reklam Yeriniz