Əlaqə Arxiv
news Image
2019.03.07
15:28
| A A A
İradə İbrahimova: “Su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə olunmamalıdır”

“Su elə bir nemətdir ki, onu heç nə ilə əvəz etmək olmur. Bu mənada suya qənaət böyükdən kiçiyə hər kəsin borcu və vəzifəsidir. İçməli suya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan düzgün istifadə etməsidir. 
İlk növbədə texnki su ilə içməli su ayrılmalıdır”. Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova söyləyib. O, bildirib ki,  içməli suyun başqa məqsədlərlə istifadəsinə qadağa qoyulmalıdır. İçməli su ilə maşın, xalça yuyulması, təsərrüfatların suvarılması kimi vərdişləri tərgitmək lazımdır.   
Ən vacib məqamlardan biri isə suya yanaşma tərzinin dəyişməsidir. Bu vasitə inkişaf etmiş ölkələrdə təbii resurslara, içməli suya qənaət etməyə imkan yaradan ən güclü vasitə hesab olunur. 
Gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə olunmalı, su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə olunmamalıdır. 
İçməli su qıtlığı probleminin olmaması üçün bir daha hamını suya qənaət etməyə çağırırıq”.                        Zülfiyyə Quluyeva 

Sizin Reklam Yeriniz