Əlaqə Arxiv
news Image
2019.03.12
13:01
| A A A
Bakı Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin edilən Elçin Babayev ali məktəbin kollektivinə təqdim olunub.

Movqe.az xəbər verir ki, rektoru kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib.

Elçin Babayevi rektor təyin olunması münasibətilə təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

BDU-nun yeni rektoru Elçin Babayev tədbir iştirakçılarını salamlayaraq etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi. E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavinidir.

Xatırladaq ki, BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də vəzifəsindən azad olunub.

Sizin Reklam Yeriniz