Əlaqə Arxiv
news Image
2019.03.15
15:05
| A A A
ADAU-da “Azərbaycanda aqrar sığortanın tətbiqi:problemlər və imkanlar” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2016-cıil 6 dekabr tarixli  Fərmanı ilə təsdiqedilmiş  “Azərbaycan Respublikasında kəndtəsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə“Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşması məsələlərininmüzakirə olunması, bu istiqamətdə səmərəli təkliflərin hazırlanması məqsədilə 15mart 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycandaaqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublikaelmi-praktik konfransı başlayıb.
Konfransı giriş sözü ilə universitetinrektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq müasir dövrdəaqrar sahənin aktual problemlərindən biri olan sığortanın tətbiqi, bu sahədəmövcud olan problemlər və perspektivlərin müzakirəsinin əhəmiyyətindən, universitetdəbu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışaraq  konfransın işinə uğurlar arzulayıb. 
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncəbölməsinin akademik-katibi Fuad Əliyev çıxış edərək konfransın elmi-praktik əhəmiyyətindəndanışıb.
Konfransdaiştirak edən Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin KəndTəsərrüfatı Sığortaları və Təbii Fəlakətlər İdarəsinin rəisi Bekir Engürülü,TRASİM Şirkətinin Baş Direktoru Yusuf Cemil Satoğlu Türkiyə Respublikasının kəndtəsərrüfatı və aqrar sığorta mexanizmi üzrə ətraflı məlumatı əks etdirən təqdimatlaçıxış ediblər.
AzərbaycanRespublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatıinformasiya sisteminin (EKTİS)koordinatoru Şahmar Bayramlı, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müaviniNamiq Məmmədov aqrar sığortada elektron kənd təsərrüfatının əhəmiyyəti, aqrarsığortada yeni çağırışlar barədə məruzələr ediblər.
Konfransınplenar hissəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına NəzarətPalatasının Sığorta  fəaliyyətinə nəzarətdepartamentinin idarə rəisi Firdovsi Ağaşirinov, Standart İnsurance sığortaşirkətinin idarə heyətinin sədri Anar Sadıxov, Atəşgah sığorta şirkəti ASC-ninGəncə filialının direktor müavini Orxan Qurbanov, ADAU-nun maliyyə və iqtisadinəzəriyyə kafedrasının müdiri, professor Məhərrəm Hüseynov, Bağçılıqkafedrasının müdiri, dosent Hüseyn İdrisov, ADAU-nun dosenti Zakir Ömərov, Samux rayonu DAİM-in direktoru Rahil Həsənov,Goranboy rayonu DAİM-in direktoru Ziyad Ələkbərov, Samux rayonundan fermer NərimanƏləkbərov, Şəmkir rayonundan fermer Elşən Süleymanovun da məruzələri dinlənilib.

Qeyd edək ki,  konfrans aqrar iqtisadiyyatda müasiryeniliklər, kənd təsərrüfatında risk və qeyri-müəyyənliyin idarə olunması, Azərbaycandabitkiçiliyin və heyvandarlığın inkişaf istiqamətləri, aqrar sığortadahidrometroloji proqnozlar, sığorta statistikası, “Elektron kənd təsərrüfatı”informasiya sistemində yeniliklər adlı istiqamətləri əhatə etməklə, bölmələrdə  60-dan çox məruzə dinləniləcək. Konfransınmaterialları dərc olunaraq müəlliflərə paylanılıb.
             

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz