Əlaqə Arxiv
news Image
2019.03.15
16:48
| A A A
Prezident Administrasiyasnın işçiləri Göyçay sakinləri ilə görüşüb - VİDEO

Prezident Administrasiyasının məsul işçiləri  Göyçay rayonunda vətəndaşlarla görüşüblər.

"Report"un Şirvan bürosunun məlumatına görə, görüşdə 65 nəfər iştirak edib.

İctimai siyasi, ərazi idarəetmə və hüquq sahəsi üzrə şöbələrdən gələn nümayəndələr vətəndaşların problemlərini dinləyib və qeyd olunan məsələlərin həlli üçün adiyyəti qurumlara tapşırıqlar veriblər.

Görüşə gələn sakinlər, əsasən, problemli kreditlər, iş problemləri, Qarabağ əlillərinin mənzillə təmin olunması və müalicəsi, komunal və başqa problemlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

 

Sizin Reklam Yeriniz