Əlaqə Arxiv
news Image
2019.03.17
14:25
| A A A
Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi: Prezident İlham Əliyev neçə ailəyə xoşbəxtlik, sevinc bəxş edib

Artıq səhər saatlarından başlayaraq Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamının icrasına başlanılıb. Trend-in məlumatına görə, sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində də icra olunub. Bu müəssisəsdə cəza çəkən 8 məhbus azadlığa buraxılıb.

Məhkumlar qarşısında çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkəbərov əfv sərəncamının verilməsi və icrasını ölkədə böyük tədbir kimi dəyərləndirib:

"Cənab Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı 431 nəfərə şamil edilib. Bu sayda məhkumun əfv edilməsi böyük, əlamətdar tədbirdir, xüsusilə xalqımızın milli bayramı Novruz bayramı ərəfəsində. Bununla cənab Prezident İlham Əliyev neçə ailəyə xoşbəxtlik, sevinc bəxş edib. Ölkə Prezidentinin məhkumlara göstərdiyi bu qayğı hec vaxt unudula bilməz. Prezident daim hər bir azərbaycanlının prezidenti olduğunu vurğulayır. Bizim məhkumlar da bizim Azərbaycanın vətəndaşlarıdır. Biz də istəyirik ki, o məhkum layiqli vətəndaş olsun, ailəsinin yanında olsun, uşaqlarını böyütsün".

Sizin Reklam Yeriniz