Bu günlərdə “Nəsimi ili” ilə əlaqədar Masallıda mütəmadi tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də R.Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbində olmuşdur.
Ədəbi-bədii kompozisiyalı tədbiri məktəbin direktoru Mirxanım Hüseynova açmış, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda ədəbiyyata, mədəniyyətə, milli dəyərlərə göstərdiyi qayğı və diqqətdən danışmış, “Nəsimi ili”nin bu sahəyə böyük diqqət kimi nümunə göstərmişdir.
Məktəbin tarix müəllimi Tahir Fərzullayev Nəsiminin həyat və yaradıcılığına səyahət etmiş, Nəsimini Azərbaycanı dünyaya tanıdan şairlərdən olduğunu gündəmə gətirmişdir.
Şagirdlərin ifasında “Nəzər elə”, “Ağrımaz”, “Haradasa” və başqa qəzəlləri səslənmişdir.
Əməkdar müəllim, “Tərəqqi” medallı Mirqabil Hüseynov Nəsiminin əsərlərindəki incə duyğulardan danışmış, tədbiri yekunlaşdırmışdır.
Həsənağa Əliyev